1596434821 1Qədim Misirdən bu günə qədər xalq təbabətində geniş şəkildə istifadə olunan möcüzəvi bitkilərdən biri də aloedir.

Asiya.az xəbər verir ki, cildə olan faydalarına görə kosmetika sektorunda olduqca qiymətli bitki kimi dəyərləndirilən aloe həm də xərçəng savaşçısıdır.

Antibakterial xüsusiyyəti sayəsində cilddə yaranan ləkə və yaraları tez zamanda iz qoymadan sağaldan aloenin müxtəlif istifadə formaları var.

Aloenin faydaları:

– Antioksidantdır. Bədənin toksinlərdən təmizlənməsinə yardımçı olur.

– Cild problemlərini sağaldır.

– Həzm sisteminin balanslı və sağlam olmasını təmin edir.

– Yüksək təzyiqin aşağı düşməsinə yardımçı olur.

– Tərkibindəki suyun çox miqdarda olması sayəsində böyrək funksiyalarının daha sağlam çalışmasına kömək edir.

– Detoksu qaraciyərin təmizlənməsinə yardımçı olur.

– Qəbzlikdə effektivdir.

– Dəriyə çəkiləndə sızanaqların yaranmasının qarşısını alır.

– Günəş şüalarının zədələrini sağaldır, dərini qoruyur.

– Qırışları gecikdirir.

– B12 vitamini ilə zəngin olan aloe vegetarian və veqanların dostudur.

– Yanıqları tez sağaldır.

– Saçların qidalanmasını və daha sağlam uzanmasını təmin edir.

– Qanda şəkər səviyyəsini aşağı salır.

– Diş və diş əti problemlərinin müalicəsində effektivdir.

Aloenin qida dəyəri:

A,C, E vitaminləri, fol turşusu, B1, B2, B3, B6 və B12 kompleksləri ilə zəngindir. Tərkibində kalsium, kalium, maqnezium, sink, selenium, dəmir var.

İstifadə metodları: dəri və saçların qulluğunda maska, bağırsaqların qulluğunda isə detoks formasında istifadəsi məsləhət görülür.

araz.az

araz.az xəbər portalı.