1596431546 1

Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Zamiq Məmmədli “HB Güvən Klinikası”ından şikayətçidir. Zamiq Məmmədli yazır:
“HB Güvən Klinikası”nə qətiyyən getməyin! Doktor Vasif İsmayılın tövsiyyəsi ilə halsız vəziyyətdə olan atamı “HB Güvən Klinikası”na apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər. Ödədim. 15 iyunda “sətəlcəm” deyə guya “müalicə” edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil… “HB Güvən”də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi… “HB Güvən Klinikası”nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil… 20 iyunda atamı “HB Güvən Klinikası”ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.
Atam 26 iyulda vəfat etdi.
Teref.az yazır ki, Zamiq Məmmədli rəhmətlik atasının 1-ci qrup Qarabağ əlili olduğunu qeyd edərək davam edir.
1-ci qrup Qarabağ əlili idi. “HB Güvən”dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, (nədənsə revmotestlər??), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar… Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var… “HB Güvən Klinikası” isə pul qazanmaq üçün atama “sətəlcəm” deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işkəncə veriblər…

Atamı 15-20 iyun arası yəni 1 həftə “HB Güvən Klinikası”na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın.

Vəziyyəti o qədər ağırlaşdı ki, 26 iyulda ağrılar içində vəfat etdi… Atam bəlkə də bir neçə il, və ya bir neçə ay uzun yaşayacaqdı, amma “HB Güvən Klinikası” deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar….
Teref.az olaraq qarşı tərəfin fikirərini dinləməyə hazırıq!
Teref.az

araz.az xəbər portalı.