London sakinlərinin yarım milyona yaxını bir milyon funtq sterlinq dəyərindən çox mənzil və villa sahibidir.
Araz.az xarici mediaya istinadən bildirir ki, bu haqda Britaniyanın daşınmaz əmlak satışı və icarəsi üzrə “Zoorla” saytının araşdırması nəticəsində məlumat verilib.
Ölkədə dəyəri milyon funtdan yuxarı olan daçınmaz obyektlərin ümumilikdə sayı 768 mini küçib.
Bahalı mənzil və villa sahiblərinin daha çoxu isə Londondadır. Britaniya paytaxtında belə mənzil və villaların sayı 430 mindən çoxdur ki, bu da Londondakı ümumi yaşayış yerinin 12,8 faizini təşkil edir.
2016-cı ilin avqust ayından belə daşınmaz əmlakın sayı 23 faiz artıb.
Şəhərin n bahalı yeri Vestminsterdir – buradakı sakinlərin yarısı dəyəri bir milyon funtdan yuxarı olan daşınmaz əmlak sahibidir.
İlk beşliyə Londonun Kensinqton və Çelsi, Kamden, Vandsvort, Hammersmit və Fulhem rayonları da düşüb.
2018-ci ilin yanvar ayında JLL şirkəti Londonu investisiya əqdlərinin həcminə görə dünya şəhərləri arasında birinci yerə yazıb. Britaniyanın paytaxtı bu göstəriciyə görə, Los-Anceles və Nyu-yorku geridə qoyub.
Şirkətin məlumatına görə, 2017-ci ildə belə əqdlərin həcmi 35 faiz artaraq 2016-cı illə müqayisədə 33 milyard dollara çatıb.
araz.az xəbər portalı.