“Erməni Azərbaycan münaqişələrini analiz etmək istəyən şəxslərin nəzərinə bir neçə məsələni çatdırmaq istəyirəm. Onları bilmədən və dərindən anlamadan hansı isə nəzəriyyələr irəli sürmək nadanlıq olacaq”.
Bunu eks-spiker Rəsul Quliyev deyib. O, bildirib ki, ermənilər 19-cu əsrin axırlarından, daha doğrusu Daşnak partiyası yaradılandan böyük bir ərazidə Ermənistan yaratmaq istəyirlər. Əvvəl Türkiyə ərazilərinin hesabına bu dövləti yaratmaq istəyirdilər 1918-ci ilin fevralından Azərbaycan torpaqlarından istifadə edib Ermənistan yaratmağın daha asan olduğunu başa düşdülər və bu istiqamətdə fəaliyyətə başladılar.
“Bu barədə müzakirələr Türkiyə, Azərbaycan və hələ olmayan Ermənistan arasında danışıqlar apreldə başladı və mayın 26-27-sində imzalandı. Bu müzakirələrdə iştirak edən, müqaviləyə qol çəkən M.Rəsulzadə 28 Mayda Azərbaycan müstəqilliyi barədə qərar qəbul ediləndə, müstəqillik deklarasiyası imzalananda deputatların işində iştirak edə bilmədi.
Azərbaycanda heç bir torpaqlara malik olmayan ermənilər birdən birə Azərbaycanın ən qədim şəhərlərindən biri İrəvana sahib oldu. Normal ağıl heç bir torpağın olmadan ölkə yaratmısansa kifayətlənməli, həmişə Azərbaycana minnətdar olmalı idi. Ancaq belə olmadı, əksinə ermənilər dərhal yeni ərazi iddialarına başladılar.
Ağlı başında olan istənilən alim, jurnalist özünə bir qədər əziyyət verib arxivlərdə araşdırmaq istəsə ermənilərin strategiyasının nədən ibarət olduğunu görər. Ermənilər bolşevik Şaumyanın artıq reallaşdırmağa başladığı Bakı müstəqil şəhər olmalıdır, heç bir respublikanın tərkibində olmamalıdır ideyasını həyata keçirmək və sonradan onu Ermənistanın tərkibinə keçirmək niyətində idilər.
Onların bu planını Türk qoşunlarının yeni yaranmış Azərbaycan ordusu ilə birlikdə Bakını daşnaklardan azad etməsi və 1 il 3 ay müddətində Bakını Böyük Britaniya general qubernatorluqunun idarə etməsi ermənilərin bu ideyasını darmadağın etdi.
19-cu əsrin axırından bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarına sahib çıxmaq iddiaları bir an belə dayanmayıb. DQ-a müxtariyyatlıq verilməsi, 2-ci dünya müharibəsindən sonra 200 min azərbaynlının öz torpaqlarından çıxarılması yerinə yaxın şərqdən 200 min erməni gətirilməsi, 1960-cı illərdə Naxçıvanın Ermənistana verilməsi məsələsinin müzakirəyə çıxarılması , 1987-ci ildən azərbaycanlıların kütləvi şəkildə Ermənistandan çıxarılması və bundan istifadə edib Sumqayıt və Bakı qırğınlarının təşkil edilməsi ermənilərin mənfur siyasətlərinin nəticəsidir.
Bu hadisələri analiz edə bilməyən , ancaq hansısa fikirlər söyləyənlər nadanlardır. Onları tənqid etmək belə istəmirəm, sadəcə olaraq yazığım gəlir”. (Yenisabah)
araz.az xəbər portalı.