2017-01-23-12-40-50eli-omerov.jpg


 “Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar qanunidir”.

 
Araz.az bildirir, ki bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın keçmiş Baş prokuroru Əli Ömərov bildirib.
 
Ə.Ömərov nöbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə hüquqi aspektdən yanaşdığını söyləyib:
“Yəni, kiminsə şəxsi maraqlarına xidmət edən fikirlər söyləmirəm. Mənim söylədiyim fikirlər yalnız qanuna istinad edilən cavablardır”.
 
Sabiq Baş prokuror qeyd edib ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliyə əsasən, dövlət başçısının istənilən vaxtı seçkiləri təyin etmək səlahiyyəti var:
 
“Ona görə də prezidentin bu qərarı Konstitusiya çərçivəsində onun səlahiyyətlərinə aid olduğu üçün tam qanunidir. Yəni, ölkəmizdə vaxtından öncə prezident seçkilərinin keçirilməsi barədə qərar verilməsi qanuna müvafiqdir, Konstitusiyanın tələblərinə uyğundur”.
 
Ə.Ömərov aprelin 11-də keçiriləcək seçkilərdə kimin prezident seçiləcəyini dədqiq bilmədiyini söyləyib:
 
“Çünki seçkilərdə bir neçə namizəd olacaq. Ona görə də mən indidən deyə bilmərəm ki, prezident kim seçiləcək. Azərbaycan xalqı namizədlərdən hansına daha çox səs versə, o da prezident olacaq”.
 
Sabiq Baş prokuror yeni seçiləcək prezidenti köklü islahatlar aparmağa da çağırıb.

araz.az xəbər portalı.