parla az e09ed92ea8700ca7fb4a12bfd0b29ac0 1jacb6m4ik0t2gwsxfe8 640x336“Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib”.

PARLA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, “Məşğulluq haqqında” qanuna əsasən, birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınan şəxslərə verilir: “Bundan sonra epidemioloji vəsiyyət nəzərə alınaraq 16 şəhər və rayonda məhdudiyyətlər tətbiq edilmişdi. Həmin yerlərdə də yaşayan və 190 manat alan şəxslərə yenidən 190 manat ödəniş etdik. Biz bu proqramı şəffaf şəkildə icra etdik. Torpaq və pay mülkiyyətçiləri məşğul şəxslər sayılır. Bu mənada həmin şəxslər məşğul şəxslər hesab olunur. Hazırda məşğulluq mərkəzlərində 26 minə yaxın iş yerləri var. 190 manatla bağlı şikayətlər nazirlik tərədindən araşdırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev göstəriş verib”.

Nazir müavini qeyd edib ki, uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir: “Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək”.

araz.az

araz.az xəbər portalı.