568698e3 7e21 471b 8774 e5db867c4877 450x250Belarus prezidenti Aleksandr Lukaşenko bu gün parlamentə və xalqa müraciətində Rusiyanı onun ölkəsində “məxməri inqilab” törətməkdən çəkinməyə çağırıb.

Lukaşenkonun çıxışından sitatları Rusiya KİV-ləri dərc edir.

“Bura nüvə silahı atmayın. Şəraiti partlatmayın, yoxsa elə alışacaq ki, Vladivostoka qədər ağır olacaq”,-o deyib.

Belarus prezidenti habelə Minsk ətrafında tutulan 33 “Vagner ordusu” muzdlusu ilə bağlı Rusiya tərəfindən irəli sürülən versiyaları “uydurma, yalan” adlandırıb. Onun sözlərinə görə, həmin adamlar istintaqa ifadə veriblər. İfadələrə əsasən saxlanılanlar Belarusa xüsusi olaraq göndəriliblər və sonrakı əmrləri gözləməli idilər.

“Afrika və Liviya haqda deyilənlər hamısı uydurmadır. İstanbula reys üçün alınan biletlər əfsanədir. Rusiya sərhədi bağlıdır. Mən ola bilsin, pis coğrafiyaşünasam, başa düşmürəm, nəyə görə Afrikaya Şimal qütbündən uçmaq lazımdır. Nəyə görə Belarusdan? Bu uydurmalara qulaq asmayın…”,-o deyib.

Lukaşenko habelə bildirib ki, ona qarşı hər tərəfdən zəhərli oxlar tuşlanıb. “Postsovet respublikalarından milyonlarla heyrətdən bərəlmiş və maraqlı gözlər bu gün əzabkeş Belarusa tuşlanıb. Onların baxışlarında bir sual var: belaruslar bu hibrid döyüşdə, müharibədə tab gətirə biləcəkmi. İnsanlar başa düşür ki, əgər belaruslar çöksə növbəti onlar olacaqlar”,-Belarus prezidenti deyib.

“Bütün zəhərli oxlar bu gün Lukaşenkoya qarşı yönəlib: yerə yıxmaq, alçaltmaq. Tapdalamaq, məhv etmək. Odur ki, bunu bilin: hətta mənsiz də belarus xalqı özünü müdafiə edə biləcək. Çünki bilir ki, dünyada Belarusdan başqa ayrı vətənləri yoxdur”,-Lukaşenko əlavə edib.

O, hazırda prezident seçkilərində müxalifəti təmsil edən üç qadın-Svetlana Tixanovskaya, Mariya Kolesnikova və Veronika Tsepkalo barədə danışıb. Bildirib ki, bunlar heç nədən başı çıxmayan üç sadəlövh qızdır.

“İnternet-trollarının bütöv ordusu, informasiya təxribatçıları gecə-gündüz işləyir ki, ölkədə vəziyyəti qarışdırsın. Axı siz nə edirsiniz? Bu üç bədbəxt qızcığazları tapıblar. Onlar axı oxuduqlarını anlamır, sizin onlara yazdıqlarınızı başa düşmür”,-Lukaşenko deyib.

O əlavə edib ki, “möhkəm, monolit Belarus cəmiyyətində “rəngli inqilablar” sınaqdan keçirməyi qərara alıblar və bunun üçün yeni informasiya texnologiyaları tətbiq edirlər

 

 

 

 

araz.az

 

araz.az xəbər portalı.