Axar.az xəbər verir ki, bunu “Krokus Qrup” şirkətinin prezidenti Araz Ağalarov bildirib.
“Artıq bu barədə danışa bilərəm. Mənim 8500 işçim var və koronavirus infeksiyası onların yaşadığı yataqxanalarda yayılmağa başladı”, – Ağalarov deyib.
O, işçilərə “Arbidol” preparatının və askorbin turşusunun verildiyini, eləcə də temperaturları 37,1 dərəcəyə qalxdıqda antibiotik qəbul etdiklərini qeyd edib.
Ağalarov xəstə olmayan işçilərə gəzintilərə getmələrini tövsiyə etdiklərini də qeyd edib:
“Biz izah etdik ki, yataqxanada oturanda problemlər başlayacaq. Mütəq gəzmək lazımdır. Və bu, nəticə verdi. Beləliklə, demək olar ki, mən öz əllərimlə infeksiyanın qarşısını aldım”
araz.az xəbər portalı.
AKTUAL
Türkiyədə yeni konstitusiya qəbul ediləcək?– Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. araz.az-ın məlumatına görə, …