Bu günlərdə Qarabağdakı qondarma separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan 30 ilə yaxındır işğal altılnda qalan Kəlbəcər rayonu ərazisindəki Kaşen əlvan metal mədənində olub.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, “Base Metals” şirkəti tərəfindən qanunsuz istismar edilən mədənin ərazisində molibden konsentratları zavodu tikilməyə başlanıb.
2020-ci ilin sonunda istismara verilməsi nəzərdə tutulan zavodda əsasən mədəndəki tullantılar hesabına molibden konsentratıyla yanaşı, kənd təsərrüfatında işlənən mis kuporosu, filiz kütlələrinin parçalanması üçün tətbiq edilən xırdalayıcı polad şarlar, eləcə də metallik mis istehsal olunacaq.
P.S. Populist çıxışlar bol olarsa, basılmaz Vətən!..
Sultan Laçın
araz.az xəbər portalı.