AqilAbbas“Mənim altmış yeddi yaşım var, amma Heydərovu tanıdığım gündən ona dayı demişəm. Çünki qarabağlılar çox istədikləri adamlara dayı deyirlər”.

Demokrat.az xəbər verir ki, bunu azıçı, millət vəkili Aqil Abbas deyib. O, Fəttah bəyin övladlarının xeyir işində ağsaqqal olduğunu bildirib: 

“Fəttah Heydərov çox ağsaqqal, ağayana, xeyirxah və dövlətcil, ictimai-siyasi xadim idi. O, hamının ağsaqqal kimi qəbul etdiyi şəxs idi. Onu haqqında çox danışa bilmərəm, çünki o, mənim iki oğluma elçi gedib, nişanında və toyunda ağsaqqal olub. Çünki oğlanlarım evlənəndə artıq Məmməd Araz yox idi və Fəttah müəllim onu əvəz edib. Xeyir-duanı baba kimi övladlarıma o, verib. Ona görə də mənim üçün onun haqqında danışmaq çətindir. Parlementdə də həmişə birinci görüşərdik. Ona həmişə dayı deyirdim və o, da bundan incimirdi. Mənim altmış yeddi yaşım var, amma Heydərovu tanıdığım gündən ona dayı demişəm. Çünki qarabağlılar çox istədikləri adamlara dayı deyirlər”.

Qeyd edək ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov 82 yaşında vəfat edib.  

araz.az

araz.az xəbər portalı.