Azərbaycanlı hakerlər növbəti dəfə Ermənistan dövlət saytlarını dağıdıblar.
Axar.az xəbər verir ki, bu barədə “Reyncer-13” adlı haker qrupu məlumat yayıb.
Bildirilib ki, “0ct0pus” kod adlı hakerimiz Ermənistanın elektron hökumət portalları (prezident.am, e-gov.am, gov.am, e-health.am və sair) və elektron hökumətə aid olan məxfi sənəd dövriyyə sistemini işlədən “Mulberry 2.0” proqramını tamamilə dağıdıb və 55 terrabaytlıq datanı ələ keçirib.
Ələ keçirilmiş məlumatlar analiz olunduqdan sonra məlumat veriləcək.
Məlumat üçün bildirək ki, artıq Feysbukun erməni seqmentində Ermənistan hökuməti buna görə kəskin tənqid və təhqir olunur.
araz.az
araz.az xəbər portalı.