modern.az ekspress 1 480Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Hurriyyet.org-a verilən məlumata görə, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olmaqla müəyyən edilib.

Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq.

M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M 10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.

Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

Yeni ekspres xətlərin təşkilinin müsbət tərəfləri

–     Pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq;

–    Şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi;

–    Yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması;

–    Avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili;

–   Sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması;

–    Daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi;

–    Sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması;

–   Əhalinin mobillilik imkanlarının artırılması;

– Avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi.

Rəsmi məlumata görə, yeni ekspres xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.

Həmçinin, bildirilib ki, yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir. Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır. Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlərimiz davam edir. Eyni zamanda sürücülərdən bu zolağın tələbinə mütləq qaydada əməl etmələrini tövsiyə edirik.


Rəsmi e-poçt ünvanımız: info@hurriyyet.org

araz.az xəbər portalı.