Teref.az xəbər verir ki, şikayətçi Tural Rəhimli şikayətində yazır:
Salam şikayətim Azpetrol-un Bərdədə yerləşən YDM-dəndir.
Məsələ belədir mən yanacağı əksər hallarda pos-terminalla alıram.
Bu YDM də isə kartımdan məbləği çıxmamış benzin vurmadılar maşına.
Səbəbini soruşram ku mən belə hal görməmişəm heç yerdə yanacagı vurub sora pulu çıxmalısız
Mənə bildirdilərki bizdə butun Azpetrol ydm lərdə belədir.
Deyirəm yaxşı mən polnu bak benzin alsam kartımdan hansı məbləğ çıxacaq? Mənə bildirdiki o zaman kartınızdan 100 azn çıxacayıq sora benzin vuracayıq sizin ne pulunuz qalsa sora karta qaytaracayıq.
Teref.az yazır ki, daha sonra şikayətçi soruşur:
Bu nə dərəcədə düzgündür?
Mən heç bir yerdə malı və ya hər hansı bir xidməti almadan ödəniş alan obyekt görməmişəm.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
araz.az xəbər portalı.