photo 436382Ötən axşam Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində “Kətaib” partiyasının baş katibi, milliyətcə erməni olan Nazar Nazaryan da həlak olub. Partlayış zamanı onun öz ofisində olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl parlayışın Beyrutun erməni məhəlləsi olan “Burj Hammoud”a ciddi ziyan vurduğu da xəbər verilib.

Livanın paytaxtı Beyrutda partlayış zamanı ölənlərin sayı 100-ü keçib.

Bu barədə yerli Qırmızı Xaç Cəmiyyəti bildirib. Yaralı sayının isə 4 mini keçdiyi bildirilir.(modern.az)

araz.az xəbər portalı.