777Azərbaycan Respublikaçılar Partiyası qurultaya hazırlaşır. Qurultay partiyadaxili məsələlərə aydınlıq gətirəcək”.

Bu barədə araz.az-a partiyanın sədri Sübut Əsədovun özü məlumat verib. O, bildirib ki, qurultaya hazırlıq işləri üzrə Təşkilat Komitəsi artıq özünün növbəti konfransını bu gün keçirib və tədbirin bu ilin sentyabr ayının birinci yarısında keçirilməsi planlaşdırılıb. Gələn həftə olacaq növbəti konfransda isə, Təşkilat Komitəsi qurultayın keçiriləcəyi dəqiq günü müəyyən edəcək.
Partiya rəhbərinin sözlərinə görə, qurultayda təşkilati, partiyadaxili və bir sıra məsələlər müzakirə olunacaq: “Təbii ki, bu istiqamətdə qarşıdakı dövrdə partiyadaxili vacib məsələlərin bütün istiqamətləri demokratiyanın tələblərinə uyğun olaraq, müzakirə olunacaq. Bir də ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təşəbbüsü ilə, ötən ildən 

 

ölkəmizdə bütün sahələrdə başlayan, bu gün isə daha güclü şəkildə, daha sürətlə davam

etməkdə olan islahatların ikinci dalğası əsas müzakirə predmetimiz olacaq. Çünki ölkə başçısının siyasi iradəsinə söykənən korrupsiyaya və digər neqativ hallara qarşı sərt və uğurlu mübarizə, Azərbaycan Respublikaçılar Partiyasının hər bir üzvünün ürəyincədir və biz bunu ürəkdən dəstəkləyirik. Belə qənaətdəyik ki, bütün respublikaçılar uğurla həyata keçirilən bu köklü kompleks islahatlardan kənarda qalmamalıdırlar. Axı, ölkənin ictimai-siyasi durumunda mövcud olan belə xoşagəlməzlikləri aradan qaldırmaq üçün, kompleks, sistemli və ardıcıl islahatlar həyata keçirmək dövrün də əsas tələbinə çevrilib.
Onu da qeyd edim ki, qurultaya hazırlıq işlərinin bütün ağırlığı partiya sədrin birinci müavini Mirkazım Seyidovun üzərindədir. Onun belə vacib tədbirlərin keçirilməsində böyük təcrübəsi var və tam əminik ki, partiyanın bu qurultayı da yüksək səviyyədə keçiriləcək. Həssaslıq tələb olunduğu bu dövrdə, belə tədbirlərin yüksək səviyyədə keçirilməsi ən vacib məsələdir”.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.