84ea91140006bc998c5ccc730f103520Dünən müğənni Niyam Salaminin açıqlaması sosial şəbəkələrdə gündəm olub. Sənətçi xüsusi karantin rejiminin uzadılmasına etiraz olaraq video çəkib İnstaqram səhifəsində paylaşıb. Sərt karantin səbəbindən sosial şəraitinin ağırlaşdığını, dolana bilmədiyini deyən müğənninin fikirləri birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid atəşinə tutanlar da az deyil. 
Həmin videonu izlədiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu da “Sherg.az”a deyib ki, müğənninin səsləndirdiyi fikirlərin məntiqi əsası yoxdur. Çünki o xalqı etiraza çağırır: 
“Kimdən nə tələb edir?  Sabah icazə versinlər toy olsun? Müğənnilərin əsas dərdi odur ki,  toy yoxdur, pul gəlmir. Fərz edək ki, həlledici insanlar bizik.  Neyniyək? Toylara icazə verək?  Mən karantinin uzadılmasının tərəfdarı deyiləm. Amma ölkədə ictimai qınaq mexanizmi yaradılmalıdır. Qaydalara əməl etməyənlər üçün maarifləndirmə işləri aparılmalıdır.
Ona görə ki, insan ehtiyat edib, küçəyə maskasız çıxıb, kiminləsə  qucaqlaşıb, öpüşə bilməsin.  O cəhətdən karantin uzanmasın, çünki çox problem ortaya çıxa bilər. Deyək ki, müğənnilərə qulaq asdıq. Lap  toya icazə versinlər. Şəxsən mən  ən yaxın adamım çağırsa  da, toya  getmərəm. Yəni əksəriyyət belə edər.  Bunların tələb etdikləri absurddur, mənasızdır”. 
Ə.Qəşəmoğlu   hələ aylar öncəsindən verdiyi  müsahibələrdə sənət cameasına xəbərdarlıq  etdiyini də vurğulayıb:
“ Dedim ki,   xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir: “Artıq şou dövrü bitdi!.  Əvvəlki kimi olmayacaq! İndidən hərə öz  qabiliyyətinə uyğun  iş axtarsın.  Kimisi  ağıllıdır “Youtube”də kanal açıb, ordan pul qazanır.
Bəziləri kolleclərdə, universitetlərdə musiqi müəllimi   işləyir. Eləsi də var bizneslə məşğuldur. Amma   şou-biznes əhli  xəyallarla yaşayır. Fikirləşilər ki,  Mirzə Cəlilin təbirincə desək: “Bəlkə də qaytardılar”.  Amma  olmayacaq, qayıtmayacaq. Azərbaycanda həmin  şou dövrü bitdi!. 
Ona görə hamı indidən başına çarə qılsın.   Yoxsa camaatı nəyə səsləyirsən?   İnsan çağırış etməzdən öncə düşünməlidir”
araz.az

araz.az xəbər portalı.