“Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsir edib və etməkdədir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bəzi məsələlər siyasiləşdirilir: “Türkiyədə bütün xidmət sahələri işləyir. Ancaq bununla yanaşı ciddi karantin qaydalarına əməl edilir. Azərbaycanda iş yerlərinin açılmaması prosesi davam etsə, biz ciddi problemlərlə qarşılaşacağıq. Biz insanları işsiz saxlaya bilmərik. Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən işləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”.
Deputat həmçinin deyib ki, manatın gələcək məzənnəsinə aydınlıq gətirmək lazımdır: “Çünki neftin qiyməti aşağı düşürsə, manatın məzənnəsində problem yarana bilər”.
Report
araz.az xəbər portalı.