Türk Ordusu Azərbaycan ərazisinə daxil oldu. Özü də,Azərbaycan xalqı çox sevincək qəbul etdi bu Şanlı Ordunu — Analar öz oğullarının yolunu uzun müddət həsrətlə gözlədiyi kimi! Belə də olmalı idi. Ötən əsrdə də belə olmuşdu. Nuru Paşanın başçılığı ilə Türk Ordusu xisaskar kimi Azərbaycana daxil olmuşdu və qətiyyət dolu öz sözünü deyib getmişdi. Özü də, Türkiyənin özünün çətin bir durumda olduğu bir vaxtda.100 ildən bir qədər də çox vaxtdan sonra, yenidən Türk Ordusu öz mübarək qədəmlərini Azərbaycan torpaqlarına basıdı. Hamımız çox sevincək olduq. İndi hamı çox narahatdır. Nədən bu narahatlıq?! Bu sualın bir cavabı var: “Şərəfli Türk Ordusu Azərbaycanı tərk edəcəkmi?! Yox! Narahat olma, əziz xalqım, Türk Ordusu daim Səninlədir. Və Azərbaycanımızı da tərk etməyə hazırlaşmır — məqsədli gəlib! Özün hesabını götür, o boyda Türk Ordusu Azərbaycana 5-10 günlük ayaq basardımı?! Yox! Təlim üçün o boyda Ordunun gəlməsi əsas idimi? Yox! İndi də məqsəd bam-başqadır! Qısa və konkret, Türk Ordusu Naxçıvanda 5-10 günlük düncəlməyə, yaxud Sirabın və ya Badamlının, Gədəbəydə Narzanın suyunu içməyə, nə də ki, Gəncədə, Göygöldə… istirahətə gəlməyib. Ortaya çıxan suallara cavab tapmaq üçün baş sındırmaq da lazım deyil. Yenə deyirəm, indi də, məqsəd bam-başqadır!.. Bizəsə, tez-tez deməyə bu sözlər önəmli və vacib: “Qədəmlərin mübarək, Şanlı Ordumuz! Yaşasın Türk-Azərbaycan Qardaşlığı! Yaşasın Türk-Azərbayca dostluğu!
.
Qalib ŞƏFAHƏT,
həkim-kardioloq, AYB-nin üzvü
araz.az xəbər portalı.