871311Əfqanıstanda COVID-19-a yoluxma sayının 10 milyon olduğu təxmin edilir.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Cavad Osmani bildirib.

Mətbuat konfransında çıxış edən nazir ABŞ-ın Con Hopkins Universiteti və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ölkə miqyasında yeni araşdırma apardıqlarını, nəticədə bu qənaətə gəldiklərini deyib.

Osmani əksəriyyəti azyaşlı olmaqla paytaxt Kabilin yarıdan çoxunda bu xəstəliyin müşahidə edildiyini vurğulayıb. O, ölkədə pandemiyanın nəzarətdən çıxdığını qeyd edib.

Səhiyyə Nazirliyinin son məlumatına əsasən, Əfqanıstanda bu günə qədər 36 min 829 nəfər virusa yoluxub, 1294 nəfər dünyasını dəyişib. 25 min 742 nəfər sağalıb.

Qeyd edək ki, Əfqanıstan əhalisinin sayı 39 milyondan bir qədər çoxdur

araz.az

araz.az xəbər portalı.