870966Smartfon əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

 ted.az- bildirir ki,  Global Stats analitik şirkətinin məlumatına əsasən, Azərbaycanda istifadəçilər arasında ən populyar Android əməliyyat sistemidir.

Android əməliyyat sisteminin ötən ay ölkə üzrə bazar payı 85.76% olub. iOS əməliyyat sistemi isə böyük fərqlə bazar ikincisi olub, onun bazar payı  13.74% təşkil edib.

Samsung, Series 40, Nokia və Windows əməliyyat sistemləri isə 0,3-0,6% bazar payına sahibdir.

Dünya üzrə göstəricilər fərqlidir Android – 74.6%, iOS – 24.82%, Samsung – 0.21%, KaiOS – 0.1%, Windows – 0.04%.

araz.az

araz.az xəbər portalı.