871414Bakıda avtomobil qəzası yolda tıxaca səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 20 Yanvar dairəsi istiqamətində baş verən qəza yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Bakı Nəqliyyat Agentliyi bildirir ki, hadisə səbəbindən həmin ərazidə avtomobillərin sıxlığı müşahidə olunur.

araz.az

araz.az xəbər portalı.