2015 -ci ildə Sabirabad rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək həbs edilən müəllimlər və sabiq jurnalistlər Kazım Cəbrayılov və Şahlar Cəbrayılov iki gün öncə azadlığa buraxılıb. Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılan müəllimlərin nümayəndəsi tanınmış vəkil Elçin Sadıqov olub.
Məhkəmədən sonra araz.az-a açıqlama verən Elçin Sadıqov bildirib ki, Cəbrayılovların həbsi qanuni deyil və onlara bəraət verilməsi üçün Ali məhkəməyə kassasiya şikayəti veriləcək. Vəkil onu da qeyd edib ki, Şirvan Apelyasiya məhkəməsi bəraət verməli olduğu halda öncəki məhkəmə hökmünü dəyişməklə kifayətləndi: “Lakin bu son deyil. Biz bu qərardan Ali məhkəməyə müraciət edəcəyik. İnanıram ki, hər iki şəxsə bəraət hökmü çıxarılacaq”.
Realliqinfo.org qeyd edir ki, Kazım və Şahlar Cəbrayılov Sabirabad rayonu Nizami kəndində orta məktəb müəllimi kimi fəaliyyət göstərirdilər. Həmin məktəbin direktoru Sabirabadddan Milli məclisə mandat almış Rüstəm Xəlilovun qohumudur. Cəbrayılovlar dəflərlə, Nizami kəndində Deputat Rüstəm Xəlilovun atasına heykəl qoymasına etiraz ediblər. Buna səbəb R.Xəlilovun atasının heykəlinin şəhidlərin abidəsinin qarşısında qoyulması olub. Bu etirazlardan sonra deputatın sifarişi ilə hər iki şəxs həbs oilundu. Ölkə mediasında ictimailəşən bu faktdan sonra deputatın atası Gülabba Xəlilovun heykəli texnika vasitəsilə uçuruldu və şəhidlərin abidəsinin önündə təmir işləri aparıldı.
Onu da qeyd edim ki, Kazım və Şahlar Cəbrayılovlar 2005 – ci ildən ölkə mediasında imzaları ilə də tanınmışdılar.
Realliqinfo.org
araz.az xəbər portalı.