İki il bundan öncə dövlət başçısı İlham Əliyev Goranboyda olub, “Region Aqro” aqroparkının açılışını edib. Dövlətin böyük maliyyə dəstəyi ilə ərsəyə gələn bu iri kənd təsərrüfatı müəssisəsi Prezidentin köməkçilərindən birinin ailəsinə məxsus imiş. 2018-ci il, iyun ayının 5-də onlar taxıl biçinini birlikdə izləyiblər.
Goranboylular qarşısında çıxış edən İlham Əliyev bu aqroparka hərtərəfli dəstəkdən danışıb: “Yollar, qaz, elektrik və su xətləri çəkildi, suvarma işləri görüldü, dövlət xətti ilə ən müasir texnika alındı. …Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır”.
araz.az
araz.az xəbər portalı.