1596803756 untitled 1Hesab edirəm ki, koronavirusla mübarizə belə yüksək səviyyədə davam edərsə, yoluxma sayında azalmalar olarsa, bütün sahələrdə yumşalmalar olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov sərt karantin rejiminin hansı sahələrdə yumşalmasından danışarkən deyib. Deputat bu barədə Milli Məclisdə də məsələ qaldırıldığını bildirib:
13323
“Uzun müddətdir ki, koronavirus dünya iqtisadiyyatını çökdürdüyü kimi Azərbaycan iqtisadiyyatına da müəyyən təsirlər göstərib. Həm də neftin qiyməti kəskin aşağı düşüb. Dövlət qiyməti hazırda 35 dollar təsdiqlənib. Ola bilər ki, neftin qiymətində müəyyən problemlər yaransın. Yəni, bir tərəfdən pandemiya, digər tərəfdən neftin qiyməti – bütün bunlar Azərbaycan iqtisadiyyatına öz təsirini göstərir. Müəyyən ümumdaxili məhsulda, neftin ixracında azalmalar olub. Ona görə də Azərbaycana daxil olan gəlirlərin müəyyən qədər azalması gözlənilir. Bu problemin qarşısı alınsın deyə dövlət büdcəsinə yenidən baxdıq, təsiqlədik. Bütün bunları nəzərə alaraq hesab edirik ki, pandemiyanın lap ağır dövründə müəyyən problemlər yaşanıb. Son iki ayda bu, bir az da ciddiləşib. Ona görə hesab edirik ki, uzun müddət insanları işsiz saxlamaq olmaz”.
Vahid Əhmədov hesab edir ki, əgər bu üzun müddət davam edərsə, dövlət büdcəsində müəyyən problemlər yaranar:
“Xüsusilə restoranlar, kafelər, xidmət sahələri, böyük mollar, o cümlədən “Sədərək”, “Binə” ticarət mərkəzləri açılmalıdır. Amma həmin yerlərdə ciddi karantin rejimi tətbiq olunmalıdır. Məsafə saxlamaq, maska taxmaq və s. bununla bağlı dövlətlərdə təcrübə var, onlar artıq həyata keçirilir. Uzun müddət insanları işsiz saxlamaq düzgün deyil. Bunu Prezident öz çıxışında da dedi. Dedi ki, artıq karantin insanları bezdirib. Hesab edirəm ki, yaxın vaxtlarda Nazirlər Kabineti yanında Operativ Qərargah belə bir qərar verəcək və yumşalma prosesi davam edəcək. Müəyyən sahələrin işləməsinə icazə veriləcək. Elə istehsal sahələri var ki, onlar işləməlidir. Onların işləməsi Azərbaycanın dövlət büdcəsinə əlavə vəsait gətirə bilər ki, biz ilin sonunda ciddi problemlərlə üzləşməyək”.
Rayonlarla Bakı arasında gediş-gəlişin açılması məsələsinə gəlincə isə Vahid Əhmədov bildirib ki, hələlik bu məsələ gündəlikdə yoxdur:
“Ola bilər ki, bu da mümkün olsun. Biz rayonlarla Bakı arasında gediş-gəlişin açılmasının tərafdarıyıq. Şənbə-bazar günlərində rayonlara gedirlər, digər tərəfdən rayonlardan kənd təsərrüfatı məhsulları şəhərə gətirilir. Amma sərhədlərin açılmasında müəyyən problemlər ola bilər. Hesab edirəm ki, koronavirusla mübarizə belə yüksək səviyyədə davam edərsə, azalmalar olarsa, bütün sahələrdə yumşalmalar olacaq”.
Bahar Rüstəmli

araz.az xəbər portalı.