ermeni ders 660x330Boyukmillet.com xəbər verir ki, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutu bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.
Müraciətdə bildirilir ki, tarix dərsliklərini tərtib etmək üçün yeni standartlar üzərində işləyən ekspert qrupunun işində “türk izi” var. Belə ki, yeni standartlarda indiyə qədər türklərlə bağlı qəbul olunmuş “pis və ya dəhşətli insanlar” sözü dəyişdirilib. Ermənistanda hesab edirlər ki, bunu dəyişdirənlər casus ola bilər və məsələni təhlükəsizlik xidməti araşdırmalıdır.

“168 jam” saytı yazır ki, 2017-2019-cu illərdə “erməni tarixi”, “Dünya tarixi” və “Sosial elmlər” fənlərinin standartını dəyişdirən mütəxəssislər qrupunun rəhbəri Lilit Mkrtçyandır.
“Mkrtçyan və qrupa daxil olan bir neçə ekspert türklərlə birlikdə “Türk və erməni məktəblərində tarix dərsi: tənqid və alternativlər” sənədini hazırlayıb və bu sənəd Ermənistan və Türkiyədə tarix dərsliklərini tərtib edərkən hansı meyarlara riayət edilməli olduğunu izah edən bələdçi rolunu oynayır”, – sayt yazır.

Əsas narazılıq doğrudan məqamlardan biri də tarix dərsliklərində vətənpərvərlik kəlməsinin azalması, əvəzində sülh sözünün çoxalması, toponimlərlə bağlıdır.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.