d828d19df9cde465d74c20cbcdb553f5“Dərmanın qiyməti heç də onun keyfiyyətinə dəlalət etmir” 

“Adətən bahalı dərmanların tərkibindəki komponentlər ölkədə hazırlanır”

“Yəni “Bahalı dərman tez sağaldır” kimi bir fikir doğru deyil”

“Türkiyədə hazırda 33 manat olan bir ampula dərmana Bakıda elə indi 112 manat pul ödədim. Azərbaycanla Türkiyə arasında neçə saatlıq məsafə var?! Ya da hansı “maneə”lər?! Yormayın!”

Bu sözləri jurnalist Nigar İsfəndiyar “Facebook” hesabında yazıb.
Düzü, “Sherg.az”olaraq biz də qiymətlər arasındakı bu fərqin niyə yarandığını bilmədik və məsələyə aydınlıq gətirmək məqsədilə həkim Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. O, fikirlərini belə izah edib: 
“Belə korrupsiya faktları çoxdur. Ölkədə dərman monopoliyası hökm sürür. Hələ dərmanı bir qırağa qoyaq, AZAL dünyanın ən bahalı hava nəqliyyat xidmətidir.
Amma dövlət başçısının da vurğuladığı kimi, gəlir, mənfəət yoxdur. Bax, dərman da belə. Səbəb yanlış siyasətdə və vətən sevgisi olmayan səlahiyyətli şəxslərdədir”.
Z.Məmmədlinin fikrincə, dərmanın qiyməti heç də onun keyfiyyətinə dəlalət etmir: 
“Adətən bahalı dərmanların tərkibindəki komponentlər ölkədə hazırlanır. Yəni “Bahalı dərman tez sağaldır” kimi bir fikir doğru deyil. Bir gün qəfil bütün aptekləri bağlayıb, yoxlama keçirsələr nə qədər saxta dərman olduğu üzə çıxacaq”.
araz.az

araz.az xəbər portalı.