Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq.
Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb.
Araz.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Türkiyə bu təhlükəsizlik məsələsini həll etmək haqqına sahibdir.
Stoltenberqin sözlərinə görə, “Zeytun budağı” hərəkatı ilə bağlı Türkiyə və ABŞ arasında müzakirələr məmnunedicidir. Muxalifet.az
araz.az xəbər portalı.