vaksin1 e1596894636784Hazırda peyvənd üçüncü sınaq mərhələsindədir

Rusiyada COVİD-19 virusuna qarşı peyvəndin hazırlanması istiqamətində ümidverici irəliləyişlər var. Turkustan.info xəbər verir ki, səhiyyə nazirinin müavini Oleq Qridnev peyvəndin 12 avqustda təsdiqlənəcəyini deyib. 

Hazırda peyvəndin üçüncü sınaq mərhələsində olduğu deyilir. Eyni zamanda peyvənddən ilk olaraq səhiyyə işçiləri və yaşlılarda istifadə olunacağı bildirilib.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko Rusiyada kütləvi peyvənd edilmənin oktyabrda başlayacağını söyləyib.

araz.az

araz.az xəbər portalı.