294545Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev Moderator.az -ın suallarını cavablandırıb:
– Azad müəllim, bildiyiniz kimi erməni diasporası Azərbaycan diasporasına qarşı təxribat törətməkdən çəkinmir. Bu təxribatların arxasında duran erməni dövlətinin siyasi niyyəti nədən ibarətdir?
– Məlum Tovuz hadisələrindən sonra ermənilər istər xarici, istərsə də daxili siyasətdə ciddi iflasa uğradıqlarına görə, iflasa uğramış siyasətin pisixoloji bərpası üçün yeni taktika seçəcəklər. Ermənilər məqsədlərinə nail olmaq üçün ideoloji bazalarından biri, deyərdim ki, əsası terror taktikasıdır. Bu taktika erməni ideologiyasının fəlsəfəsinin əsasını təşkil edir. Bu ideologiya Ermənistan dövləti tərəfindən himayə olunur və bu sahədə dövlət öz dəstəyini verməkdədir. Bir sözlə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, dövlətin siyasəti terror təşkilatı ilə əməkdaşlığın əsasını təşkil edir. Ermənistan xüsusi xidmət orqanları terror təşkilatları ilə koordinasiyanı Ermənistanda diaspora ilə məşğul olan təşkilatın nəzdində yaradılmış qurumlar vasitəsi ilə həyata keçirməkdədir. Qeyd etdiyim təşkilatda kadr potensialı, əsasən xüsusi xidmət orqanlarında təlim almış, təcrübə toplamış əməkdaşlardan formalaşmışdır. Hətta Ermənistanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirliklərində belə nümayəndələri fəaliyyətdədir.
Xaricdə yaşayan soydaşlarımıza qarşı edilən təxribat xarakterli əməllərdə qeyd etdiyim mərkəzdən idarə olunmuşdur və olunmaqdadır. Məlum diaspor təşkilatları arasında baş verən hadisələr kəşfiyyat xarakterli psixoloji müharibə idi. Hesab edirəm ki, ermənilər bizim xaricdəki diasporanın gücünü müəyyən etməkdədirlər, məqsəd aydındır. Ermənilər məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayırlar, bu məqsədlə fəal diaspora təşkilatları ilə yanaşı, xaricdə yaşayan nüfuzlu şəxslərə, iş adamlarına, ziyalılarımıza qarşı terror əməlləri törətməkdən belə çəkinməyəcəklər. Bununla da, iflasa uğramış siyasətin pisixoloji bərpasına nail olmaq istəyəcəklər.
– Qeyd edirsiniz ki, ermənilər terror aksiyalarına başlayacaqlar. Bu nə qədər realdır və bizim diaspora təşkilatlarımız nə etməlidirlər?
– Qeyd etdiyim kimi diaspor təşkilatları arasında baş verən hadisələr pisixoloji müharibə, yəni bir növ psixoloji terror idi. Bu hadisələrdən maksimum istfadə etməliyik. Xarici dövlətlərin ictimaiyyətində, rəsmi dövlət qurumlarında baş vermiş və verə biləcək terror hadisələri barədə rəy formalaşdırmaq məqsədə uyğun olardı. Müntəzəm olaraq qabaqlayıcı siyasi tədbirlər həyata keçirmək vacibdir, bu tədbirlər, siyasi klublarda, dəyirmi masalarda, elmi-praktiki konfranslarda, kütləvi informasiya vasitələrində çıxış etməklə iştimai fikirə təsir etmək olar.
Erməni dövlətinin terroru dəstəkləyən bir dövlət olduğunu xatici dövlətlərdə ictimailəşdirməliyik. Bu sahədə diaspora təşkilatlarımız, səfirliklərimiz təlimatlandırılmalıdır.
araz.az

araz.az xəbər portalı.