“Bir qrup vətəndaşı dinlədik, problemləri ilə bağlı elə yerindəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, TƏBİB və yerli icra hakimiyyətinə müraciətlər olundu”.
Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. B.Məhərrəmov qeyd edib ki, deputat rayonun yaxud hansısa orqanın rəhbəri deyil:”Deputat sizin nümayəndənizdir.
Sizin problemləri aidiyyəti orqana çatdıran, həllini tələb edən şəxsdir. Arxayın ola bilərsiniz ki, bizə üz tutan heç bir vətəndaşın müraciəti yerdə qalmır, hər bir məsələni aidiyyəti üzrə göndərib nəzarətə götürürük. Lakin elə məsələlər var ki, məsələn, işlə təminat, bu; bizim imkanlar xaricindədir. Buna görə deputatdan narazı qalmaq insafsızlıqdır. Yaxud su məsələsi. Bu məsələdə deputatı o zaman ittiham etmək olar ki, millət vəkili problemi dilə gətirməyə, gizlədə. Bu günə qədər həlli mümkün olan bütün məsələlərin maksimum həllinə çalışmışıq. Bu arada Sizdən bir xahişim də var, imkanlarımızı da nəzərə alın, əgər ay ərzində 500-600 müraciət alırıqsa, əlbəttə, problemlərin həlli vaxt alacaq. Sizdən də çox mən maraqlıyam ki, qaldırdığımız məsələ həll olunsun.
Bir daha hər birinizə dəstəyə, anlayışa görə təşəkkür edirəm!”
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.