1596960086 156Vətəndaş Bakı şəhəri, Nərimanov rayonunda tikinti işləri həyata keçirən “RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) onun mülkünü xəbəri olmadan sökdüyünü iddia edir. Bu barədə şikayətçi Ramil Nağıyev redaksiyamıza yazdığı məktubda bildirib.

Şikayətçi qeyd edir ki, Nərimanov rayonu, Mayakovski  b10 ünvanında bina inşa edən “RR Constructions” MMC 2019-cu ilin avqust ayında heç bir xəbərdarlıq etmədən ona məxsus 59.3 kvadrat metrlik obyekti söküb.

Şirkət sökülən obyektin müqabilində vətəndaşa zirzəmidən yer təklif edir. Ramin Nağıyev isə bildirib ki, şirkət onun obyektin sökən zaman heç bir razılıq və razılaşma sənədi imzalamadan sökdüyü üçün onların təklif etdiyi yeri qəbul etmir. 

Ramil Nağıyev şikayətində qeyd edir ki, onun obyekti Nərimanov rayon təsərrüfat şöbəsinin müdiri Cəfərov Hüseyinin iştirakı ilə sökülüb və ba azmış kimi bu söküntüyə etirazımı bildirdikdə, Cəfərov Hüseyin mənə “get hara şikayət edirsən et” dedi.

Şikayətçi onu da bildirib ki, çıxılmaz vəziyyətdə qaldığımdan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da qəbulunda olduğunu, Bakı meri şikayətçinin haqlı olduğunu və problemin həlli üçün lazımi qərar və tapşırıqlarını verdiyi bildirib

Ramin Nağıyev problemlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin və birinci müavini Şahmar İbadovun qəbulunda olub. Onun problemini dinləyən başçı və müavini müvafiq göstərişlər versə də, ortada heç bir nəticə yoxdur. 


“RR Constructions” MMC-nin direktoru Nadir Abdullayev isə bildirib ki, Ramil Nağıyev məsələ ilə əlaqədar bütün hüquq instansiyalarına müraciət edib, hamısı da cavabını verib. Şirkət rəhbəri şikayətçiyə zirzəmidən yer veriləcəyini bildirib. 

Onu da qeyd edək ki, “RR Constructions” MMC Bakıda fəaliyyət göstərən qalmaqallı şirkətlərdən biri kimi tanınır. 

Qeyd edək ki, “RR Constructions” MMC-nin direktoru Nadir Abdullayevin qardaşı Rafail Abdullayev 2017-ci ildən 2019-cu ilədək Nərimanov rayon İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
{loadmoduleid 188}
 
 
 
araz.az

araz.az xəbər portalı.