Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) rəhbəri Vahid Nuriyev Daxili İşlər Nazirliyi sisteminin kökünü baltalamaqla məşğuldurlar.
Nazir Ramil Usubovun qurduğu modern, şəffaf və operativ idarəçilik sistemini demontaj etməkdə olan R.Zeynalovla V.Nuriyev təzədən ölkənin yol polis fəaliyyətini bayağı, ələbaxımlı, soyğunçu şəklinə salaraq, polis imicinin reputasiyasını dağıdan alverçi obrazını qaytarmağa başlayıblar.
Hər postun öz qiymyollarda əti – gəl, ay müştəri
Məsələn, yük maşınlarından rüşvət yığılmasını qeyd etmək olar. R.Zeynalovun qurduğu “post”ların hər birinin öz tarifləri var. Savash.org-a daxil olan məlumata görə, əgər yük maşını sürücüsü Qaradağ postundan keçirsə 15 manat ödəməli olur, üzü Hacıqabula gedəndə Nəvahi postunda 10 manat verir, getdikcə azalan məbləğ Kürdəmirdə stop deyir – 5 manat. Ancaq sürücülərə işgəncə olmasın deyə bu işi kökündən görən maklerlər fəaliyyət göstərir. Onlar yol polis postlarında mülki geyimdə olan dəllalardır. “Vahid pəncərə sisteminin” mülki geyimli dəllaları polisin əli pula dəyməsin deyə hər yük maşını şoferindən ayda 200 manat alır – yaxşı yol!
Nazir təğyiri-libas olub 403-cü otağa gəlsə…
Vahid Nuriyev isə R.Zeynalov kimi yollardan pul yığa bilməsə də, onun gəliri ayağına gəlir. MMX rəhbəri sakitcə kabinetində əyləşib, əli pul görmür, heç bir təhlükə yoxdur, hansısa rüşvət sövdələşməsində iştirak etmir, di gəl sistem işləkdir. Söhbət sürücülərin çox gözəl tanıdığı qaragünlü 403-cü otaqdan gedir. Bu otağın qarşısında çox yox, cəmi 1 saat müşahidə aparın: əlində maşın nömrəsi gələn kim, telefonla tanış axtaran kim, növbə üstündə qırğına çıxan kim – hamı bir nəfər kimi Nuriyevin 403-cü “cənnət” otağının nurunu görmək arzusundadır.
Necə deyərlər, bu sirat körpüsündən, yəni 403-cü otaqdan keçməyənlərin şəhərdə günü qaradır. Yəni, əsl reportajlıq məkandır. Bir gün cənab nazir R.Usubov təğyiri-libas olub bu kabinetə gəlsə öz gözləri ilənələrin baş verdiyinə şahid olacaq. Bəs nələr, baş verir sual oluna bilər.
Elektron oyuncaq
Sürücülər deyirlər ki, 403-cü otaqda hər gün dövlət büdcəsindən yüz minlərlə manat pul yayındırılır. “Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki, MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir. Savash.org mediada yer alan məlumatlara əsasən bildirir ki, Mərkəzi Məlumat Xidməti qeyri-qanuni pul toplamaları üçün xüsusi mexanizm hazırlayıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir. Amma, əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb. Cərimə sistemə vurlmayıbsa deməli ödəyə bilməzsən, baxmayaraq ki, əlində ünvanına gəlmiş elektron protokol var.
403-ə gediş yolu
Başqa bir variantda isə sürücülər az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Araşdırma nəticəsində məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur və ona heç bir məktub xəbərdarlıq göndərilməyib. Sürücülər inspektordan protokolun çap edilməsini tələb etsələr də buna nail ola bilmirlər. Sürücülər özləri DYP-nin saytına girib yoxlayandada orada heç bir cərimə görmürlər.
Arxayın olan sürücü birdə DYP inspektoru onu saxlayıb cərimə meydançasına aparanda bilir ki, onun cəriməsi var və cəriməni ödəmədiyi üçün cəzalandırılıb.
Belə olan halda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə və oradada 403-cü otağa üz tutmağa məcbur olurlar. Buranın isə isə öz qanunları var, Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.
“Xüsusi” klientlər
Vətəndaşlar 403-cü otağın qarşısında toplaşaraq növbələırini gözlədikləri zaman ortada gəzən 2-3 nəfər əməkdaşlar gözə dəyir. Onlarda növbədən qıraqda dayanmış “xüsusi” klientləri və birdə onlara “privat” müraciət edənlərə qulluq edirlər. İçəridə isə səni fakt qarşısında qoyaraq pul kisənin yüngüllüəşdirilməsinə kömək edən, DYP- işçisi və onun operator köməkçiləri var. Əslində aydındır ki, DYP daxilində qurulmuş bu sistem cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var – sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək. Şəxsi ciblərin isə Zeynalovla Nuriyevin olduğu iddia edilir.
Bu otağa girənin əli niyə cibində olur?
Sözügedən məkandan sürücülərən Savash.org-a bildirdiyinə görə, MMX radar çəkirsə, dərhal sistemə vurulur və sürücüyə elektron protokol göndərilir. Qanunvericiliyə görə, sürücü həmin protokoldan narazı deyilsə, bu sənəd əsasında istənilən banka gedib cəriməni ödəyə bilər. Amma Baş Dövlət Yol Polisi İdarəsinin 403-cü otağındakı şıdırğı alver başadüşülən deyil. Məsələn, o otağa girib-çıxan hər kəs pul verdiyini deyir. Maraqlıdır, axı bu otaq bank deyil və alınan pullara görə də heç kimə qəbz verilmir. Özü də, ən az pul verən 500 manatdan dəm vurur.
Biz isə bir media olaraq bütün tərəflərin mövqeyini çap etməyə hazırıq. ismaric.az
araz.az xəbər portalı.