“Avqust ayında sahibkarlara yardım paketi çərçivəsində 98 milyon manat vəsait ayrılıb. Amma bu, çox azdır”.
Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, dəstəyin fərqli formalarda həyata keçirilə biləcəyini diqqətə çatdırıb:
“Bura ola bilər ki, vergi güzəştlərinin davam etdirilməsi aid edilsin, yaxud da ola bilər ki, bank kreditlərinə də müəyyən güzəştlər var idi, onların davamı ilə bağlı müəyyən addımlar atıla bilər. Yəni, gözləntilər var ki, müəyyən qədər dəstək olunacaq. Amma bunun həcmi o qədər azdır ki, hansı formada həyata keçirilməsi, kimlərə çatacağı indidən ciddi suallar doğurur. Çünki biznesə böyük yardım paketləri lazımdır ki, həyatda qala bilsinlər, ümumiyyətlə, post-pandemiya dövründə tez iqtisadi aktivliyini bərpa edə bilsinlər. Çox təəssüf ki, problemin hansı dərinliklərə qədər endiyini deyəsən hökumət tam ölçə bilməyib. Ona görə də bax belə problemlər yaranır”.
araz.az
araz.az xəbər portalı.