Cəlil Xəlilov: “Bu, həm şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həm də gənc nəslin qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından vacibdir”
Cari ilin iyul döyüşləri və bu döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərərək şəhidliyə yüksələn hərbçiəlrimiizn xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən ciddi addımlar atılmaqdadır. Tovuz döyüşlərində şəhid olan general Polad Həşimovun adının Qəbələdəki küçərlərdən birinə verilməsi ilə bağlı ökə başçısının göstərişi buna nümunədir.
Bəs sənət adamları, ədəniyyat və incəsənət nümayəndələrinin də bu məsələyə öz töhfəsini verməsi nə dərəcədə arzuedilən olar?
Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, ədəbiyyat və mədəniyyət təmsilçilərinin bu yöndə daha aktiv fəaliyyətinə ehtiyac olduğunu vurğuladı:
“Şəhdilərimizin, qəhrəmanlarımızın xatirəsinin əbədiləşdiirlməsi, habelə onların göstərdiyi igidliklərin təbliği istiqamətində dövlətimizin gördüyü işlər göz önündədir və bu, bütün cəmiyyətdə böyük məmnunluqla qarşılanır. Lakin təbii ki, bu məsələdə yaradıcı insanlarımız da aktiv olmalı, ədəbiyyat da, incəsənət də qəhrəmanlarımızla bağlı öz sözünü deməlidir.
Şəhidlərimizlə bağlı romanlar, povestlər, poemalar yazılmalı, filmlər çəkilməlidir. Heykəltəraşlarımız, rəssamlarımız da bu prosesdən kənarda qalmamalı, bu müqəddəs işdə dövlətimizə dəstək verməlidir. Bu, həm şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həm də gənc nəslin qəhrəmanlıq ruhunda tərbiyəsi baxımındn vacibdir. Çünki dünyanın hər yerində qəhrəmanlıq ruhu məhz bu cür əsərlər vasitəsi ilə aşılanır, təbliğ edilir. Bu cür təbliğat torpaqları işğal altıdna qalan ölkəmiz üçün ikiqat əhəmiyyətə malikdir.
Bu baxımdan hesab edirəm ki, həm ədəbiyyat, həm də mədəniyyət və incəsənət nümayəndələri bu məsələyə həssaslıqla yanaşacaq, şəhdilərimizin xatirəsinin əbədiləşdirilməsi, onların sadəcə Azərbaycan deyil, həm də dünya ictimaiyyətinə tanıdılmasında əlindən gələni əsirgəməyəcək”.
Seymur ƏLİYEV
araz.az xəbər portalı.