Hazırda Türkiyədə həbsdə olan Azərbaycan əsilli iş adamı, “Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov həbsxanadan növbəti müraciətini yayıb.
Gununsesi.info həmyerlimizin müraciətini təqdim edir:
” Dəyərıi bacı və qardaşlarım,
Artıq 6 aya yaxındır ki, yalançı ifadə verənlərin sayəsində haqsız yerə cəza evində, mənə layiq olmayan bir yerdə saxlanılmaqdayam. Mənim anlamadığım və xüsusi diqqətlə vurğulamaq istədiyim məqam odur ki, bu insanlar 4 ildir mənim şirkətimdən ayrılıblar. Bunlar nəyə görə 4 il sonra yalan ifadələr verərək, yalançı şahid oldular?! Madəm, mən terrorcu, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra mənim əleyhimə irəli sürdülər?! Bu il ağıllarına gəldi?! Mən bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etməmişəm. Yalançı ifadələr mənə qarşı atılan ən ağır iftiradır. Vətənim Azərbaycan və Türkiyəm üçün canımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq hər şey etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm.
Əzizlərim,
Sentyabtın 15-də məhkəmə gözlənilir. Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylık yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm.
Amma bu qara günlər mütləq bitəcək. Yenidən sizlər üçün əlimdən gələni edəcəm. Yanımda olan, mənim üçün duasını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarım, dəyərli bankçılar, yanımda olub problemlərimi həll etməkdə kömək göstərdiyinizi də bilirəm. Türk ədalətinə inanıram və güvənirəm. Gec ya da tez haqq-ədalət öz yerini tapacaq. Mən Mübarizəm, mən gücümə, əməyimə inanan birisiyəm və əminəm ki, günahsızlığımı sübut etdikdən sonra hər şey əvvəlkindən də yaxşı olacaq.”
Gununsesi.info
araz.az xəbər portalı.