Makhunik kəndinin təxminən 1500 il əvvəl qurulduğu təxmin edilir
İranın Makhunik kəndində 100 il əvvəlinə qədər boyları ortalama 1 metr olan insanların yaşadığı bildirilir. Əlbəttə, belə düşünülməsinin bir çox səbəbi var…
Əfqanıstan sərhədindən 75 km uzaqda olan Makhunik kəndinin təxminən 1500 il əvvəl qurulduğu təxmin edilir. Hazırda kənddə yaşayan 700 adamın çoxu günümüzün boy ortalamasında olsa da, 100 il əvvəl kənddə boyu ortalama 1 metr olan insanlar yaşayırdı.
1500 il əvvəl qurulan kənddəki 200 evin 70-80-nin tavanı çox alçaqdır.
Ümumiyyətlə 10-14 kvadrat metr böyüklüyündə olan bu kiçik evlərdə taxıl anbarı, ocaq və yatacaqları üçün yerlər də var.
Ayrıca 2005-ci ildə bölgədə boyu 25 sm uzunluğunda olan mumiyalanmış bir cəsəd də tapılıb. Bu cəsəd “Cücələr Şəhəri” iddialarını gücləndirsə də, sonradan tapılanın ölmüş bir körpə olduğu açıqlanıb.
Kənddə yaşayanların boylarının çox qısa olmasının səbəbi isə qidalanma vərdişləri ilə bağlanır. Kənd olduqca quraqlıq bir yerdə yerləşir. Bu səbəblə əldə edilən əkinçilik məhsulları çox məhdud idi və heyvandarlıqla məşğul olmaq mümkün deyildi. Bu da kənd sakinlərinin qidalanmasına mənfi təsir edirdi. Kəndlə əlaqədar bir başqa maraqlı məlumat isə İran mətbəxində əhəmiyyətli yer alan çayı o zaman yaşayan kənd sakinlərinin istifadə etməməsidi. Makhunik kəndinin tarixi arxitektura quruluşu və ənənəvi həyat forması mövzusunda muzey işləri görən 61 yaşlı Ahmad Rahnama, o zamanlar çayı yalnız sirr asılılarının içdiyi bir şey olduğunu söyləyir. Kənd sakinləri ancaq 20-ci əsrin ortalarında yolların açılması ilə düyü, toyuq kimi qidalara çatmaq imkanı tapdı. Evlərin kiçik olmasının tək səbəbinin insanların boyları deyil, eyni zamanda evlərin tikilməsi üçün lazım olan materialları daşıyacaq yol və heyvanların olmaması olduğu düşünülür.
Ayrıca evlərin kiçik olması istiləşməni və sərinləşdirməni asanlaşdırır.
Əsrlər əvvəl həyatın çətin olduğu bu Makhunik kəndində həyat indi də çox asan sayılmaz. Quraqlıq səbəbiylə əkinçilik yoxdur və kəndin gəncləri şəhərlərə işə gedir. Kəndlinin tək ümidi isə kəndin sahib olduğu maraqlı arxitekturasının turistləri özünə çəkməsi və yeni iş imkanları yaratmasıdır…
İndiki vaxtda bu kənddə yaşayan 700 sakin hələ qaz lampasıyla evlərini işıqlandırır və evlərində televizor yoxdur.
sherg.az
araz.az xəbər portalı.