news 20190922093748

Son bir neçə gündür sosial şəbəkələrdə “Azərışıq” ASC ilə bağlı şikayətlər səslənir.

Cebhe.info xəbər verir ki, şikayətçilər iyul ayı üçün olan işıq pulunun daha artıq gəldiyindən şikayət edir.

İddia olunur ki, elektrik enerjisinin sərfiyyatı ötən ayla eyni olsa da, işıq pulu bəzən hətta 2 dəfə artıq hesablanıb.

Digər bir iddia görə isə önəşilərin artıq gəlməsinə səbəb koronavirus pandemiyası dövründə Nazirlər Kabinetinin aprel ayında tətbiq etdiyi orta sərfiyyat tarifi ləğv olunduğu üçün aprel, may, iyun və iyul aylarının ödənişlərinin də borclara əlavə olunub.

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq, qurumun mətbuat katibi Vaqif Aydınoğlu məsələ ilə bağlı açıqlama veriləcəyini bildirib.

Vilayət Muxtar

Cebhe.info

araz.az xəbər portalı.