mubariz3“Artıq 6 aya yaxındır ki, yalançı ifadə verənlərin sayəsində haqsız yerə cəza evində, mənə layiq olmayan bir yerdə saxlanılmaqdayam. Anlamadığım və xüsusi diqqətlə vurğulamaq istədiyim məqam odur ki, bu insanlar 4 ildir, mənim şirkətimdən ayrılıblar. Bunlar nəyə görə 4 il sonra yalan ifadələr verərək, yalançı şahid oldular?! Madəm, mən terrorcu, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra mənim əleyhimə irəli sürdülər?! Bu il ağıllarına gəldi?! Bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etmişəm. Yalançı ifadələr mənə qarşı atılan ən ağır iftiradır. Vətənim Azərbaycan və Türkiyəm üçün çanımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq, etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm”.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyədə həbsxanada olan “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bildirib.

M.Mənsimov qeyd edib ki, sentyabtın 15-də məhkəmə prosesinin keçirilməsi gözlənilir: “Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylıq yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm. Amma bu qara günlər mütləq bitəcək. Yenidən sizlər üçün əlimdən gələni edəcəyəm. Yanımda olan, mənim üçün duasını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarım, dəyərli bankçılar: Yanımda olub problemlərimi həll etməkdə kömək göstərdiyinizi də bilirəm. Türk ədalətinə inanıram və güvənirəm. Gec ya da tez haqq-ədalət öz yerini tapacaq. Mən Mübarizəm, mən gücümə, əməyimə inanan birisiyəm və əminəm ki, günahsızlığımı sübut etdikdən sonra hər şey əvvəlkindən də yaxşı olacaq”.

 

araz.az

araz.az xəbər portalı.