872157Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

araz.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

araz.az

 

 

 

araz.az xəbər portalı.