İdarəçilik sisteminin dəyşridilməsi üçün 16 aprel 2017-ci ildə keçirilən referendum siyasət səhnəsinə fərqli dinamikaları da daxil etdi.
İqtidar partyası öz gücünü artırıb ömrünün daha da uzatmağı hədəfləyərkən müxalifət toplumun dərin qatlarından gələrək syasət fəlsəfəsində təyinedici olmağa çalışan “dib dalğaları”nı yaxalayıb o dalğaların tələblərinə reaksiya verməyə çalışdı.
İqtidar öz əlndə tutduğu 15 illik statikanı yeni sistemin gətirib-gələcəyi “qüvvələr birliyi”nin köməyi ilə qoruyacağına və konsolidasiya edəcəyinə inanarkən müxalifət “radikal dəyişiklik” dinamikasına reaksiya vermədən nəinki proseslərə yön vermək, mövcud olanı belə qorumağın mümkün ola bilməyəcəyini görürdü.
2013-cü ilin iyununda İstanbulun mərkəzi meydanından başlayaraq ölkədə 20 gün təyinedici rola malik olmuş “dinc inqilabçı” prosesləri iqtidar o vaxt da yanlış oxumuşdu, o proseslərin 3-4 ildən sonra siyasətdə təyinedici rol oynamağa başladığını da mütaliə edə bilmədi.
Məclisin ən kiçik partiyasının 2016-cı ilin oktyabrında ölkənin siyasi sisteminin dəyişdirilməsi təklifini reallaşdırmaqdan başqa iqtidar partiyası siyasət səhnəsində yeni dönəmin tələblərinə uyğun heç bir dinamika yarada bilmədiyi kimi, AKP və MHP öz aralarında yaratdıqları ittifaqa toplumsal dəstəyi genişləndirə bilmədilər.
Müxalifət isə toplumun dərin qatlarından gələn “devrimçi dinamikaları” oxumağı bacararaq,onları öz siyasətinin gündəlik fəaliyyətlərnə transformasiya edə bildi.
31 mart 2019-cu ildəki bələdyyə seçksindəki qalibiyyəti qəbul etməyib 23 iyunda İstanbulda seçkini məcburən təkrarlatdırarkən iqtidara verilən çox ağır cəza dərndən gələn o dalğanın ikinci dəfə su üzünə çıxmasından doğan mənzərə idi.
Bu durum iqtidar partiyasındakı parçalanmanı özü ilə gətirib-gəldiyi kimi, ana müxalifətin lderlyindəki konsolidasiyanı daha da gücləndirdi.Ona görə müxalfət blokunun 2018-ci ilin iyunundakı seçkidə prezidentliyə namizədi Muharrem İncenin Cümhuriyyət Xalq Partiyasından ayrılaraq yeni partiya yaradacağını açıqlamasının toplumda heç bir qarşılığının olmadığını indidən demək mümkündür.
1.5 il əvvəlk bələdyyə seçkisində müxalif ittifaqı prosesləri uğurla yönləndirərək uzun müddətdən sonra müsbət nəticə əldə etdi. 97 illik bir siyasi partiyadan ilin-günün bu vaxtında ayrılıb nəinki yeni partiya yaratmaq,oradan ayrılmaq belə bəri başdan uğursuzluğa məhkumdur.
Muharrem İnce minmək istədiyi qatarın hal-hazırda Türk siyasət səhnəsinə daxil olması mümkün deyildir,bundan sonra da mümkün olmayacaqdır. Çünki iqtidarınn statikaya bel bağlayaraq, toplumsal dinamikalara müsbət reaksiya verə bilmədiyi bir ortamda Türk siyasətinə müxalif fəlsəfə və dinamikaların yön verdiyini hamının görməsinə baxmayaraq, Muharrem İncenin belə bir ortamda CHP-dən ayrılaraq yeni partiya yaratmağa cəhd etməsi Don Kixotlqdan başqa bir şey deyildir.
Eyni çərçivədə-amma siyasət cəbhəsinin əks qanadında- iqtidarın kiçik ortağı Devlet Bahçelinin çox yox, 4 il əvvəl məhkəmə qərarıyla qurultay tələbini əngəlləyərək yeni partiya yaratmasına səbəb olduğu İYİ Partiyanın lideri Meral Akşeneri “öz yuvasına”- yəni,MHP-yə qayıtmağa dəvət etməsi də komik və ironic görünür.
Bu,dibdən gələn dalğaların tezliyini yaxalaya bilməyən Recep Tayyip Erdoğan kimi, 4 il əvvəl ayrılmasına birbaşa səbəb olduğu və yaratdığı partiyanın cəmiyyətdə xeyli hörmət-izzət qazanaraq “Millət ittifaqı” qatarında özündən əmn şəkildə irəlilədiyi vaxtda Akşenerə qatarın ən öndəki lokomotivindən enib ən arxadakı vaqonuna minməyi təklif etmək də “siyasi zaman”dan geri qalmağın ifadəsidir. Meral Akşenerin bu müraciətə müsbət cavab verməyəcəyi gün kimi aydın olsa da işarə etdiyi ünvan baxımından cavabı da lakonik oldu: “Ortağınıza deyn,adamlarını üstümüzə göndərməkdən vaz keçsin”
Yəni, iqtidarın verdiyi imkanlardan sonuna qədər istifadə edərək müxalfəti susdurmağa çalışmağın əks reaksiya verdiyini görün. Yəni, istənilən ölkənin iqtdar partiyası öz gücünü müxalifət susdurmağa sərf edirsə, bunun nəticəsnin elə bəri başdan bəlli olduğuna inanın.Yəni,siyasət yuxarıdan dizaynla yox, toplumun dərin qatlarından gələn tələblərlə yapılır, o tələblərə reaksiya verməyib siyasət dizayn etməyə həvəslənsəniz, ümidinz Türkiyədə Mustafa Desticiyə, Azərbaycanda isə tək adamlıq lövhə partiyalarına qalar (siyahısı uzun olduğuna görə,,adlarını yazıb vaxtınızı almağa heyfim gəlir)
Muharrem İnceyə və Devlet Bahçeliyə “Qəzanız mübarək olsun”- deməkdən başqa çarə də görmürəm…Turan
araz.az xəbər portalı.