1518689989_mustafasandal-1.jpg


Türkiyənin pop ulduzu Mustafa Sandal iki həftə sonra rəsmi şəkildə arvadı ilə boşanacaq.

 

Araz.az xəbər verir ki, bu haqqında “Duymayan Kalmasın” maqazin proqramında məlumat yayılıb.

 

Sözügedən verilişin aparıcısı Seren Serengil müğənni ilə telefonla danışdığını, boşanmağı barədə yayılan xəbərləri təsdiq etdiyini söyləyib:
“Onunla dünən danışmışıq. Eminaya sevgi və hörmətindən bəhs etdi. Amma münasibətlərində çatların əmələ gəldiyini, iki həftə sonra boşanacağını dedi”. 

 

Nəzərinizə çatdıraq ki, Mustafa və Emina ilə 2008-ci ildə evlənib. Cütlüyün 2 uşağı var.
BAKU.WS


araz.az xəbər portalı.