Prezident İlham Əliyev son videomüşavirədə iri vergi ödəyicisi olan böyük şirkətlərin fəaliyyətini sərt tənqid edəndən sonra, həmin müəsissələrin rəhbərlərinin gözqamaşdıran varidatları ilə bağlı sosial mediada çeşidli informasiyalar paylaşılır.
Demokrat.az xəbər verir ki, belə paylaşımlardan birini də jurnalist Samir Feyruzov edib.
Sözügedən paylaşımda jurnalist “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun villarından birinin fotolarını yayıb:
“Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri… Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallarından istifadə olunub.
Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu “Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir. Q.Hüseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”.
Xatırladaq ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun və qardaşının, həmçinin qaynı Namiq Cəbrayılovun adı zaman-zaman Fətullah Gülən şəbəkəsinə dəstəkdə hallanıb.
araz.az xəbər portalı.