Vidadiisayevjpg 1579863341Ötən il Bərdədə oğrular tərəfindən bacısı öldürülən və evi yandırılan Nicat Qarayevə rayon İcra Hakimiyyəti kömək etmir.

Mia.az-ın məlumatına görə, bununla bağlı Axar.az-ın redaksiyasına müraciət edən Bərdənin Kətəlparaq kənd sakini Nicat Qarayev bildirib ki, hazırda anası ilə birgə həyətyanı sahədə yaşayır:

“2019-cu ilin martında evimizə iki oğru girmişdi. Bacımı öldürüb, anama da bıçaq zərbələri vurub, evimizi yandırdılar. Anam 23 gün reanimasiyada qaldı. Evimiz olmadığı üçün bir neçə dəfə Bərdə İcra Hakimiyyətinə və icra başçısı Vidadi İsayevə müraciət etdik. Bizi yalnız bir dəfə onlayn qəbul edib dedilər ki, rayon ərazisində nə vaxtsa məktəb sökülsə, oranın materialları ilə sizə kömək ediləcək”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bərdə icra başçısının müavini Fəqət Şadlinskaya bildirib ki, Nicat Qarayev başçının onlayn qəbuluna bir dəfə də düşə bilsə, bu məsələyə baxılar:

“İcra başçısı rayon sakinləri ilə onlayn qəbullar keçirir. Düzdür, yandırılan evlərin təmiri üçün İcra Hakimiyyətində elə bir fond yoxdur. Lakin buna bənzər hadisələr olan zaman rayon sakinlərinə yardım edilib. Nicat Qarayev yenidən icra başçısının və ya müavinlərin onlayn qəbuluna düşərsə, bu məsələyə baxılar”.

Bərdə rayon deputatı Zahid Oruc saytımıza açıqlamasında deyib ki, problemin həlli üçün aidiyyəti qurumlara müraciət edib:

“Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Problemin həlli üçün ortaq məxrəc tapılacaq. Bu məsələni diqqətdə saxlayacağam”.

{loadmoduleid 193}

 

araz.az

araz.az xəbər portalı.