Belarusda vəziyyət gərgin olaraq qalır. Seçkinin rəsmən elan olunan nəticələrinə qarşı paytaxt Minskdə və başqa şəhərlərdə etirazlar davam edir.
Demokrat.az yerli KİV-ə istinadla xəbər verir ki, etirazçılara qarşı silahlı hökumət qüvvələri tərəfindən qəddar əməliyyatların olduğu iddia olunur.
Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya jurnalistlərə açıqlamasında nəticələrin ləğvi və səslərin yenidən sayılması tələbini səsləndirib.
O deyib ki, hakimiyyət xalqdan qopub və xalqın istəyini nəzərə almır.
Tixanovskaya yerli vaxtla saat 16 radələrində MSK-da olub çıxandan sonra onunla əlaqə əhəmiyyətli dərəcədə kəsilib.
Bu arada ABŞ dövlət katibi Pompeo bəyanat verərək deyib ki, Belarusda seçkilər azad və ədalətli olmayıb.
O, Belarus hökumətini insanların dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırıb.
araz.az xəbər portalı.