Rusiya Prezidenti Vladimir Putin ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə hökumət üzvləri ilə görüşdə məlumat verib. Onun sözlərinə görə, Rusiyada inkişaf etdirilən peyvənd həqiqətən effektiv təsir göstərir və stabil immunitet yaradır. “Bildiyimə görə, bu səhər dünyada ilk dəfə olaraq koronavirus infeksiyası əleyhinə peyvənd qeydiyyatdan keçib”,- deyə Putin bildirib. Rusiya lideri qızlarından birinin koronavirusa qarşı peyvənd olunduğunu da açıqlayıb: “Qızlarımdan biri özünə belə bir peyvənd elətdirdi. O, bu mənada eksperimentdə iştirak edib. İlk peyvənddən sonra onun temperaturu 38, ertəsi gün 37 dərəcə oldu və bu qədər…”
araz.az
araz.az xəbər portalı.