UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 2 Azərbaycan təmsilçisinin oyunlarının başlama saatı müəyyənləşib.
Xeberle.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Şkendiya” (Makedoniya) görüşü saat 20:00-da start götürəcək.
“Keşlə” – “Laçi” (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.
Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi “Neftçi”nin Makedoniya “Şkupi”si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb. Matçın startı saat 20:00-da veriləcək.
Hər 3 matç avqustun 27-də oynanılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” (Makedoniya) oyunu isə avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
araz.az xəbər portalı.