Hindistanın Kampur şəhərinin sakini Əhməd Həsən öz dəfnindən iki gün sonra evinə qayıdıb.
AZƏRTAC bildirir ki, qəribə hadisə avqust ayının əvvəlində baş verib. Əhməd Həsən həyat yoldaşı ilə mübahisədən sonra evini tərk edib. Kişinin qayıtmadığını görən qohumları onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Avqustun 5-də hüquq-mühafizə orqanları görünüşünə görə Əhməd Həsənə bənzəyən cəsəd aşkarlayıb. Həyat yoldaşı və qardaşları cəsədin qohumlarına məxsus olduğunu təsdiqləyiblər. Dəfn mərasimi elə həmin gün baş tutub.
Lakin iki gün sonra Əhməd Həsən evinə qayıdıb. Hadisədən qorxuya düşən qonşularının çağırdığı polis əməkdaşları onu şöbəyə aparıb.
O, polisə verdiyi ifadədə həyat yoldaşı ilə mübahisədən sonra çalışmaq qərarına gəldiyini və zavodlardan birinə işə düzəldiyini deyib. İlk maaşını alaraq geri qayıdan kişi evində heç kimi tapa bilməyib. Əhməd Həsən öz dəfni barədə yalnız polis idarəsində xəbər tutub.
<ins’>
Həyat yoldaşı ərinin sağ olduğuna sevindiyini bildirib. Qadının sözlərinə görə, cəsədi görən zaman şübhəyə düşsə də, ərinin qardaşları onu cəsədin Əhməd Həsənə məxsus olduğuna inandırıblar.
Hazırda Kampur polisi dəfn olunan insanın şəxsiyyətini araşdırır.
araz.az
araz.az xəbər portalı.