872556Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son iki oyunu keçirilib.

Trend bildirir ki, Ukraynanın “Şaxtyor” klubu İsveçrənin “Bazel” klubu üzərində 4:1 hesablı qələbə qazanıb. “Şaxtyor”un heyətində qolları Junior Moraes, Tayson, Alan Patrik (penalti) və Dodo, “Bazel”in heyətində isə yeganə qolu Rikki van Volfsvinkel vurub.

Digər oyun İspaniyanı “Sevilya” klubu İngiltərənin “Vulverhempton” klubu üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Lukas Okampos vurub.

Beləliklə, “Şaxtyor” və “Sevilya” UEFA Avropa Liqasının yarımfinalına yüksəliblər.

Qeyd edək ki, yarımfinalda “Şaxtyor” İtaliyanın “İnter” klubu ilə, “Sevilya” isə İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaqlar.

11 avqust

“Vulverhempton” – “Sevilya” – 0:1
Qol: Okampos, 88

<ins’>

“Şaxtyor” – “Bazel” – 4:1
Qollar: Moraes, 2 (1:0), Tayson, 22 (2:0), Patrik, 75 (3:0), Dodo, 88 (4:0), Van Volfsvinkel, 90+2 (4:1)

10 avqust

“Mançester Yunayted” – “Kopenhagen” – 1:0

“İnter” – “Bayer” (Leverkuzen) – 2:1

 

 

 

 

araz.az

araz.az xəbər portalı.