Livanın paytaxtı Beyrutun mərkəzində etiraz aksiyasının iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
“TASS” verdiyi məlumata görə, toqquşmalar nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyətindən bildirilib ki, toqquşmalarda 42 nəfər xəsarət alıb, onlardan 10 nəfəri yaralanıb və xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Livanda hökumətə qarşı etiraz aksiyaları keçirilir.
araz.az
araz.az xəbər portalı.