872617

 

İraqın paytaxtı Bağdadın “yaşıl zona” adlanan ərazisi raket hücumuna məruz qalıb.

“TASS” verdiyi məlumata görə, raket dövlət qurumlarının və xarici diplomatik missiyalarının, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb.

İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, “yaşıl zona” Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.